Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Zaporojye atom elektrik stansiyasına səfərini  təxirə salıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.  

Bildirilir ki, buna səbəb rus hərbçiləri olub. 

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Ukraynada işgüzar səfərdədir və rusların Kaxovskaya SES-i partlatmasından sonra yardımı müzakirə etmək istəyir. Qrossi həmçinin qeyd edib ki, səfər zamanı Zaporojye AES-də vəziyyəti qiymətləndirəcək və stansiyada MAQATE əməkdaşlarının rotasiyasını həyata keçirəcək.