Türkiyənin Diyarbəkir vilayətində iki ailə arasında yaranan torpaq mübahisəsində ölənlərin sayı artıb. 

"Unikal" Türkiyə mətbuatına istinadla xəbər verir ki, silahlı davada 9 nəfər ölüb, 2 nəfər isə yaralanıb. 

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb. Faktla bağl araşdırma aparılır. 

Ağarza Elçinoğlu 

***12:57

Türkiyədə torpaq üstündə dava zamanı 8 nəfər öldürülüb.

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında baş verən davada 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Kənddə jandarma tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.