İyunun 20-də Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"İyunun 20-də Minskdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasın yekununda bir sıra birgə sənədlərin təsdiqlənməsi gözlənilir", - Zaxarova qeyd edib.

Xatırladaq ki, Belarus bu il KTMT-yə sədrlik edir.

Gülayə Mecid