Avropa Parlamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qətnamə qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında qeyd olunub. 

425 parlamentari sənədin lehinə, 38 deputat isə əleyhinə səs verib. Parlamentin 42 üzvü bitərəf qalıb.

Deputatlar NATO ölkələrini Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə və onu Alyansa dəvət etməyə çağırıblar.