Aİ ölkələri azı 24 min Ukrayna əsgərinin təlimini başa vurub və daha çox əsgər yetişdirməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrell alyansın müdafiə sənayesi nümayəndələri ilə NATO müdafiə nazirlərinin görüşündə xüsusi dəvət olunmuş şəxs kimi gələrkən deyib.

“Biz artıq Ukrayna üçün 24 min əsgərin hazırlığını başa çatdırmışıq və bu rəqəm artmaqda davam edəcək.

Borrell əlavə edib ki, Aİ Ukraynanı getdikcə daha çox texnoloji cəhətdən inkişaf etmiş silah növləri ilə təchiz etməyə və onları inkişaf etdirməyə davam edəcək.