Türkiyənin milli müdafiə naziri Yaşar Gülər fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Görüş Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli və regional müdafiə və təhlükəsizlik, NATO məsələləri ətrafında fikir mübadiləsi aparıb.