Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə edib. NATO Ukraynaya hərbi dəstəyini davam etdirilməlidir.

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən Alyansın Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyası iclasının açılışında çıxışında deyib.

Stoltenberq bu günki görüşdə Ukrayanaya daha dəstək verilməsini müzakirə ediblər. O, fond yaratmaq, uzun müddətdə Ukraynanın çəkindiriciliyini artırmaq və Sovet dövründən qalma hərbi materiallardan NATO standartlarına keçidi təmin etmək istədiklərini bildirib.