Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevi respublikanın Moskvadakı səfiri vəzifəsindən azad edib.  

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, Tokayevin digər sərəncamı ilə Koşebayev Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edilib.  

Koşerbayev 2020-ci ilin yanvarından Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsində çalışır.