İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin cənazəsi yandırılıb.

"Unikal" İtaliya mətbuatına istinadla xəbər verir ki, siyasi xadimin külü olan qab onun valideyninin külü ilə birlikdə saxlanılacaq.

Məlumata görə, kremasiya mərasimi Piemont bölgəsində baş tutub. 

Berluskoninin külünün olduğu qab Arkoridə siyasətçinin sağlığında onun xahişi ilə tikilmiş şəxsi villasının məqbərəsində yerləşdiriləcək.

Xatırladaq ki, sabiq baş nazir 86 yaşında dünyasını dəyişib.

Ağarza Elçinoğlu