İranda ətin qiyməti kəskin artıb. 

"Unikal" xəbər verir ki,  bu barədə  “Amerikanın səsi” radiosu məlumat yayıb.

Bildirilir ki, son günlər Tehranın mərkəzində ətin qiyməti 500 000 tümənə (təxminən 12 dollar) çatıb. Bəzi yerlərdə isə bu qida məhsulunun bir kiloqramının qiyməti 350 000-400 000 tümən, yaxud 8,5-9,5 dollar təşkil edir.

Bununla yanaşı, ölkədə kərə yağının da qiymətində 30 %  artım müşahidə edilir.