"Türklər və monqollar İranın çoxəsrlik düşmənləridir". 

"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadi səfərdə olduğu Venesuelada yerli telekanallardan birinə müsahibəsində deyib. 

"Tarix boyu bu ölkələr İrana hücum edib", - deyə İranın birinci xanımı bildirib.

İran prezidentinin xanımının sözləri sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub. 

Ağarza Elçinoğlu