Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Moskvadakı səfirini dəyişib. 

"Unikal" xəbər verir ki, XİN-in mətbuat katibi və İnformasiya Baş direktoru Tanju Bilgiç Türkiyənin Moskvadakı yeni səfiri təyin olunub. 

Bundan əlavə, Mücahit Küçükyılmaz Türkiyənin Əlcəzairdəki yeni səfiri olub. Türkiyənin Bratislava səfiri Yunus Dəmirər Paris səfirliyinə, Rauf Alp Denktaş Varşava səfirliyinə, Mustafa İlker Kılıç Mərakeş səfirliyinə, Mustafa Levent Bilgen Kiyev səfirliyinə təyin ediliblər. 

Qeyd edək ki, nazirlər kabinetində növbəti 5 il ərzində Türkiyənin yeni XİN rəhbərliyinə Hakan Fidan gəlib. 

Ağarza Elçinoğlu