Rusiyanın maliyyə naziri Anton Siluanov xalqa yaxınlaşmaq və dövlət resurslarından daha səmərəli istifadə etmək üçün rusiyalı məmurları sürücülərdən imtina etməyə və sükan arxasına keçməyə çağırıb.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  o, bu  barədə  Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2023) çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, güc strukturlarının nümayəndələri avtomobilləri özləri idarə edə bilərlər. Eyni zamanda qeyd edib ki, buna görə məmurlar hətta mükafatlandırıla bilər.

Eyni zamanda, rusiyalı nazir şənbə və bazar günləri, o cümlədən işə gedərkən təkbaşına avtomobil sürdüyünü, lakin iş günləri sürücülərin xidmətindən istifadə etdiyini etiraf edib.