Gürcüstan hökuməti Ermənistan və Azərbaycan arasında dialoqun qurulması istiqamətində addımlar atmağa hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili parlamentdə çıxışı zamanı bildirib.

"Biz inanırıq ki, Gürcüstan regionda sülhün və sabitliyin təmin olunmasında öz rolunu oynayır", - deyə nazir qeyd edib. 

O, rəsmi Tbilisinin yenidən İrəvanla Bakı arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb: "Gürcüstan “Sülh qonşuluq” təşəbbüsü çərçivəsində iki qonşu ölkə arasında konstruktiv dialoqa başlamaq üçün əvvəllər də addımlar atıb. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazır olduğumuzu bildiririk". 

Ağarza Elçinoğlu