Türkiyənin cənub-şərqindəki Van vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) Twitter-də verdiyi məlumata görə, yeraltı təkanlar Tuşpa ərazisində qeydə alınıb. Dağıntı barəsində məlumat yoxdur.