Ermənistan parlamentində qadınların könüllülük əsasında hərbi xidmət keçməsinə dair qanun layihəsi təsdiqlənib.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, “Əsgərlik və əsgərin statusu haqqında” qanuna qadınların könüllü əsgərliyə getməsini nəzərdə tutan düzəliş səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 18-27 yaş arası qadınlar əsgərliyə getmək üçün müraciət edə bilərlər. Onların əsgərlik müddəti 6 ay olacaq və hərbi xidməti başa vuran qadınlara 1 milyon dram (təxminən 4,2 min AZN) ödəniləcək. Qanun Ermənistan prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.