Xerson, Dnepropetrovsk və Nikolayevdə Kaxov SES-i partlatdıqdan sonra 54 yaşayış məntəqəsi su altında qalıb.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Aleksandr Xorunji deyib.

"Hazırda Kaxovska SES-in işğalçıları tərəfindən törədilən partlayışdan ən çox zərər çəkmiş Xerson, Nikolayev və Dnepropetrovsk vilayətlərində 54 yaşayış məntəqəsi su altında qalıb, onlardan 17-si Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindədir", - o bildirib.