"Uşaqlıqdan bəri çoxlu yəhudi dostlarım olub, deyirlər ki, Zelenski yəhudi deyil, yəhudi xalqının üz qarasıdır".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında deyib. 

O, Ukrayna lideri Volodimir Zelenskinin siyasəti ilə bağlı sualı cavablandırarkən deyib: "Holokost 6 milyon yəhudinin məhv edilməsidir, onlardan 1,5 milyonu Ukraynada, ilk növbədə Banderanın əli ilə məhv edilib".

Rusiya prezidenti bildirib ki, Adolf Hitlerin ardıcılları olan neonasistlər hazırda Ukraynada tribunadadırlar.

Ağarza Elçinoğlu