Kanada Latviyada 15 ədəd “Leopard 2” tankı yerləşdirəcək.

"Unikal" xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Anita Anand Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir bildirib ki, Kanada hökuməti NATO ilə əməkdaşlıq çərçivəsində bu ilin payızına qədər Latviyada “Leopard 2” tank bölüyü yerləşdirmək niyyətindədir:

“Bildirmək istəyirəm ki, Kanada Latviyada 15 ədəd “Leopard 2” tankından ibarət tank bölüyü, eləcə də texniki dəstək personalı və texnikası yerləşdirəcək”.