Rusiya Zaporojye atom elektrik stansiyasını sıradan çıxarmaq istəyir.

"Unikal" xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Moskva Ukraynanın təhlükəsizliyində maraqlı deyil və Rusiyanın bu münaqişəyə son qoyması variantı üçün dünyanın Kiyevə təzyiq göstərməsini istəyir.

O, Ukraynanın Rusiya üzərində mümkün qədər tez “qalib gəlməsi” üçün Qərbi hərbi yardımı sürətləndirməyə çağırıb.