Rusiya Federasiyası xarici işlər nazirinin müavini Rudenko iyunun 16-da Avstraliyanın Rusiyadakı səfiri Mihanı çağıraraq, Avstraliya hökumətinin Kanberrada Rusiya səfirliyinin yeni kompleksinin tikildiyi torpaq sahəsinin icarəyə xitam verilməsi qərarına kəskin etirazını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vurğulanıb ki, biz bunu ikitərəfli münasibətlərə əlavə zərər vurmaq məqsədi daşıyan açıq-aşkar siyasiləşdirilmiş və qeyri-dost addım kimi qiymətləndiririk və bu addım rəsmi Kanberranın səyləri ilə həyata keçirilir. 

Rusiya tərəfi öz maraqlarını qorumaq üçün bütün lazımi mexanizmlərdən, o cümlədən mümkün cavab tədbirlərindən istifadə etmək niyyətindədir.