Uqandanın qərbində yerləşən Mpondve qəsəbəsindəki Lhubirira orta məktəbinə hücum təşkil edilib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində 25 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, hücumu terror təşkilatı İŞİD-lə əlaqəsi olan Uqanda separatçı Demokratik Alyans Qüvvələri (ADF) həyata keçirib.  

Polis əsgərlərin Virunqa Milli Parkına doğru qaçan hücumçuları təqib etdiyini bildirib.

Ağarza Elçinoğlu