Fransada baş verən zəlzələ nəticəsində bir neçə binaya ciddi ziyan dəyib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, seysmik hadisə nəticəsində bir nəfər xəsarət alıb. 

Hadisədən sonra yerli hakimiyyət orqanları kilsələrdən birinin ətrafında təhlükəsizlik perimetri yaradıb.

Qeyd edək ki, iyunun 16-da Fransanın qərbində 5,3 bal gücündə zəlzələ baş verib. 

Ağarza Elçinoğlu