Rusiya ilə Ukrayna arasında müharibə bütün şiddəti ilə davam edərkən sosial mediaya düşən video viral olub. 

"Unikal"  xəbər verir ki, rus qoşunlarının ələ keçirdiyi Baxmutda Anitin adlı rus hərbi mövqeyində tək qalıb.  Belə ki, bütün silahdaşlarını itirən Anit Ukrayna PUA-sına bomba atmaması üçün yalvarıb. 

Həmin anlar anbaan kameralara əks olunub. Bundan sonra rus əsgəri sağ qalmaq üçün pilotsuz təyyarəni izləyib. Yarım mil yol qət edən əsgər Ukrayna xəttinə çatdıqdan sonra həbs edilib.

Seymur Əli