Xəbər verdiyimiz kimi, Sankt-Peterburqun 300 illiyi parkında Rusiya, SSRİ və Rusiya İmperiyasının bayraqları qaldırılıb. 

"Unikal" xəbər verir ki,  Rusiya lideri Vladimir Putin bayraqların ucaldılması mərasimində iştirak edib.

Bildirilir ki, Putin iyunun 17-də dövlət başçısı Finlandiya körfəzinə səfər edib.  Putin 20 min rublluq "Oxta" yaxtasının bortundan üç bayrağın qaldırılmasını izləyib. 

Putini gəmidə Rusiyanın “Qazprom Neft” şirkətinin baş direktorunun müavini, “Qazprom Laxta” şirkətinin baş direktoru Yelena İlyuxina qarşılayıb .