İranın Qəzvin şəhərində ictimai yerdə Quranı cıran şəxs təhlükəsizlik orqanları əməkdaşları tərəfindən həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Fars" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Qurana hörmətsizlik etdiyi iddia olunan şəxsin kimliyi açıqlanmayıb. Onun barəsində cinayət işinin açıldığı bildirilib.