Hindistanın şimalındakı Uttar Pradeş əyalətində öz təsirini göstərən istilər nəticəsində son 2 gündə 34 nəfər həyatını itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. 

Uttar Pradeşdəki ölümlərdən sonra səhiyyə rəsmiləri istilərlə bağlı xəbərdarlıq ediblər. Hindistan Meteorologiya Daxili İşlər Departamenti (IMD) Ballia bölgəsində havanın temperaturunun mövsümi normaları aşaraq 42,2 dərəcəyə yüksəldiyini açıqlayıb.

Həkimlər bildiriblər ki, əyalətdə son 2 gündə 34 nəfərin öldüyü istilər səbəbindən yaşı 60-dan yuxarı olanlar çölə çıxmasın.

Həyatını itirənlərin 60 yaşdan yuxarı olduğu və istilərin mövcud xəstəliklərin artmasına səbəb ola biləcəyi bildirilib.

Aprel, may və iyun aylarının ümumiyyətlə isti keçdiyi Hindistanda son illərdə havaların istiliyinə görə çox daha ciddi təsirlər müşahidə olunur. İsti dalğalar tez-tez su çatışmazlığına səbəb olur və milyonlarla insana təsir edir.