"Prezident Co Baydenin ABŞ-ın nüvə silahlarını məhv etməsi fikri tamamilə fəlakətdir". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb. 

"Demensiyadan əziyyət çəkən, ailə korrupsiyasına qərq olmuş və yenidən ABŞ prezidenti seçilmək üçün müraciət edən köhnə çürük kötük tərəddüd etmədən bəyan etdi: rusların Belarusda nüvə silahı yerləşdirməsi tamamilə  məsuliyyətsizlikdir.  Bu adamın əlində ən çox nüvə silahı var”, - Medvedev bildirib.

Həmçinin, Medvedev ABŞ-ın Avropada yerləşdirdiyi “aviasiya sursatlarını” da xatırladıb.