Ukrayna erməni iş adamı Ruben Vardanyana qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Siyahıda o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Xəbərdə həmin vətəndaşın Ukraynanın milli təhlükəsizliyinə, sülhə, insan təhlükəsizliyinə və beynəlxalq düzənə qarşı fəaliyyət göstərdiyi, habelə digər qanun pozuntuları törətdiyi” qeyd olunub.