Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan DİN mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bankın şöbəsində silahlı şəxsin girov götürdüyü 7 bank əməkdaşı azad edilib, silahlı şəxs zərərsizləşdirilib.

“Sputnik Kazaxstan” isə bank əməkdaşlarını girov götürən şəxsin artıq yaxalandığı və binadan çıxarıldığı barədə məlumat yayıb.

14:35

Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində silahlı şəxsin 7 nəfəri girov götürdüyü ehtimal edilir.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, peşəkar mütəxəssislər hazırda silahlı şəxslə danışıqlar aparır.

Hadisə yeninə Qazaxıstan DİN-nin xüsusi təyinatlı “Arlan” bölməsi cəlb olunub.

13:39

Qazaxıstanın paytaxtı Astanada bankda insanlar girov götürülüb. Astana bankı Kaspi-ni ələ keçirən şəxs təşkilatın bütün maliyyə aktivlərinin əlil uşaqlar, yoxsullar və imkansızlar üçün fonda köçürülməsini tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə “Zvezda” Telegram kanalında məlumat verilib.

O, girovlara şərtlərini yerinə yetirmək üçün üç saat vaxt verib.

Eyni zamanda hücumçu girovları, o cümlədən yeddi qız və bir mühafizəçini öldürməklə hədələyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bankın Astanadakı filialının ətrafını mühasirəyə aldığı məlum olub  .

Polis soyğunçu ilə danışıqlara başlayıb. Eyni zamanda, xüsusi təyinatlılar artıq Astanada bank binasına gəliblər.