Zəngəzur və Göyçə vilayətlərinə gedən avropalı müşahidəçilər gərgin vəziyyətlə əlaqədar təcili təxliyə edilib.

"Unikal" Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan deyib.

O bildirib ki, Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edilib.

Qeyd edək ki, ötən gün erməni sosial şəbəkə istifadəçilərinə qarşılarına çıxan hərbi kolonları çəkib, şəxsi hesablarında yaymamaqla bağlı çağırış edilib.