ABŞ-ın Çikaqo şəhəri yaxınlığındakı Uilovbruk qəsəbəsində ziyafətdə naməlum şəxs insanlara atəş açıb.

"Unikal" xəbər verir ki, bu barədə “Country Herald” məlumat yayıb.

Qeyd olunub ki, atışma zamanı 29 nəfər yaralanıb, onlardan biri ölüb. İki nəfərin vəziyyəti ağırdır, ümumilikdə 8 nəfər ambulator müalicə alır.

Atışma başlayanda hadisə yerində 200 və ya 300 nəfər olub.