Türk Hava Yollarına (THY) məxsus Nyu-York-İstanbul reysi ilə uçan 62 yaşlı Böyük Britaniya vətəndaşı İ.B. infarkt keçirərək dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, təyyarə Atlantik okeanını keçərkən sərnişinlərdən biri İ.B. xəstələnib. Hadisə barədə kapitan pilota da məlumat verilib.

Pilotlar İrlandiyanın Şennon şəhərində təcili eniş etmək qərarına gəliblər. Lakin sərnişinin öldüyü anlaşılandan sonra eniş ləğv edilib və uçuş davam etdirilib.  

TK02 reysi saat 13.45-də İstanbul Hava Limanına eniş edib. Bu vaxt təyyarənin dayanacaq yerində təcili yardım və tibb qrupları hazır vəziyyətdə saxlanılıb. Həyatını itirən sərnişinlə bağlı prokurorun araşdırma aparacağı, məhkəmə prosesi başa çatdıqdan sonra cənazənin ölkəsinə göndəriləcəyi öyrənilib.