Türkiyənin Bitlis vilayətində bələdiyyə ilə bağlı qanunsuzluğu işıqlandıran jurnalist Sinan Aygülün döyülməsi böyük əks-səda doğurub.

"Unikal" xəbər verir ki, Tatvan Bələdiyyə Başçısı “Hadisə ilə heç bir əlaqəm yoxdur” deyə açıqlama verib.

Sinan Aygülü vuran polis məmuru və Tatvan Bələdiyyəsinin əməkdaşı tutularaq həbsxanaya göndərilib.