Türkiyədə zəlzələ olub.

"Unikal" Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 18.36 radələrində Malatyanın Pütürge rayonunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.