Rusiyanın Yakutiya bölgəsinə təcili eniş edən Mi-8 helikopteri Mi-26 helikopteri ilə Yakutska çatdırılıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə helikopterin sahibi olan "Alros" şirkəti məlumat yayıb. 

Qeyd edək ki, 3 gün öncə təcili eniş edən helikopter növbəli işçiləri daşımaq üçün Yakutsk-Sobolox marşrutu üzrə çarter reysi həyata keçirirdi. Helikopterdə 4 ekipaj üzvü və 21 sərnişin olub. 

Ağarza Elçinoğlu