Ukrayna ordusu Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik hücum hərəkətləri zamanı Pyatikhatka da daxil olmaqla 8 yaşayış məntəqəsini azad ediblər. 

"Unikal" xəbər verir ki, Ukrayna Müdafiə nazirinin müavini Hanna Malyar məlumat verib.

Onun sözlərinə görə, iki həftəlik hücum əməliyyatları zamanı Berdyansk və Melitopol istiqamətlərində, göstərilən müddət ərzində 8 yaşayış məntəqəsini azad edilib.

Bundan əlavə Malyar  Ukrayna ordusunun Tauriy istiqamətində irəlilədiyi açıqlayıb.