Moskva yaxınlığındakı Ximkidə bank filialında partlayış törədən şəxs saxlanılıb.

"Unikal" xəbər verir  ki, Mixail Zaxarov adlı şəxs bank filialında fişəng qutusunu partladıb. O,  hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.  

***11:41

Moskva yaxınlığındakı Ximkidə bank filialında partlayış baş verib.

"Unikal" xəbər verir ki,  bu barədə rus teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs bank filialına basqın edib, bundan sonra partlayış olub.

"Naməlum şəxsin yoldan keçən biri tərəfindən saxlanıldığı qeyd edilir. Təcili yardım xidmətləri hadisə yerindədir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - kanalların  birində yazıb. 

Gülayə Mecid