Böyük Britaniya müttəfiqləri ilə birlikdə Rusiyanın onlara qarşı apardığı müharibədə ukraynalılar qalib gələnə qədər Ukraynanın müdafiəsini və əks-hücumunu dəstəkləməyə davam edəcək. 

"Unikal" xəbər verir ki, bunu Londonda Ukraynanın bərpası üzrə beynəlxalq konfransın açılışı zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib. 

"Müttəfiqlərimizlə birlikdə biz Ukraynanın müdafiəsini və əks-hücumunu dəstəkləməyə davam edəcəyik. Biz Ukrayna bu müharibədə qalib gəlməyə davam etdikcə, biz lazım olduğu müddətcə onun yanında olacağıq", - deyə  o ifadə edib.