"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya TBMM qrup toplantısında müxalif CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına cavabında deyib. 

Türkiyə lideri bildirib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz.

Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur". 

Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağı ilə bağlı açıqlama vermişdi. 

Ağarza Elçinoğlu