Bakı İrəvan tərəfinin Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiya üzvlərinin iclasının keçirilməsi təklifinə müsbət cavab verib.

"Unikal" xəbər verir ki,  bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

"Cavab müsbətdir, lakin görüşün yeri, ayı və saatı ilə bağlı hələlik razılaşma yoxdur. Güman edirəm ki, görüş tezliklə baş tutacaq", -  Qriqoryan qeyd edib

Onun sözlərinə görə, gündəlikdə duran məsələlər müzakirə olunacaq. “Söhbət demarkasiya məsələləri üzrə komissiyaların işçi iclasından gedir”, - deyə Ermənistan baş nazirinin müavini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 17-də Ermənistan baş nazirinin müavininin ofisi Mher Qriqoryan tərəfindən Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifi göndərildiyi barədə məlumat yayıb. Bildirilib ki, təklifin məqsədi xüsusilə Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari mübahisəli məsələləri müzakirə etməkdir.

Gülayə Mecid