Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

Onun sözlərinə görə bu, artıq konkret razılaşmadır və tərəflərə işlərin hansı istiqamətdə görüləcəyi aydındır.