Türkiyədə 18 yaşlı qız özündən 32 yaş böyük müəllimi ilə qaçıb.

"Unikal" xəbər verir ki, bu barədə Müge Anlının "Tatlı Sert" proqramında məlumat verilib. 

Belə ki, verilişə gələn valideynlər övladlarının özündən 50 yaşlı müəllimi ilə qaçdığını bildirib. Bundan sonra gənc qız proqrama zəng edib.  O, 50 yaşlı müəllimi ilə evləndiyini və xoşbəxt olduğunu bildirib: "Biz evləndik, Müge xanım.  Ailəmlə danışıb, razılaşmışıq. Amma niyə orda olduqlarını anlamıram. Öz istəyimlə evləndim. Xoşbəxtəm!".

Bildirilir ki, 50 yaşlı kişi arvadını boşayıb, bir aydır sevgili olan tələbəsi ilə evlənib.