Ukrayna Silahlı Qüvvələrinin iki həftə davam edən əks-hücum əməliyyatlarından sonra döyüş meydanında irəliləyiş istədiyimizdən daha yavaş gedir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsinə deyib. 

"Bəzi insanlar bunun Hollivud filmi olduğunu düşünür və indi nəticə gözləyirlər. Bu belə deyil, insanların həyatı təhlükə altındadır. 200 min kvadrat km Ukrayna ərazisi rus qoşunları tərəfindən minalanıb", - deyə Ukrayna lideri bildirib. 

Ağarza Elçinoğlu