Türkiyənin Sultanqazi bölgəsindəki hevan bazarında qurbanlıq heyvanların gözəllik yarışması keçirilib. 

"Unikal" xəbər verir ki, Çankırıdan gətirilən 1 ton 30 kiloqram çəkisi olan İlgaz adlı öküz 'Ən Gözəl Qurban Yarışması'nda birinci olub. 

Yarışmanı Sultanqazi Bələdiyyəsi həyata keçirib. 

Münsiflər heyəti qurbanları çəkisinə, kəsildikdən sonra veriləcək ətin miqdarına, irqi xüsusiyyətlərinə, yaşa, quruluşuna və təmizliyinə görə qiymətləndirib.

İlk 3 qalib heyvanın sahibinə ardıcıl olaraq tam, yarı və dörddə bir qızıl mükafatları verilib. 

Ağarza Elçinoğlu