Belarus sərhədlərini Ukraynadan onlarla kilometr aralıda istehkamlarla möhkəmləndirir. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko jurnalistlərə açıqlamasında deyib. 

"Ukrayna sərhədindən müəyyən məsafədə istehkam avadanlığı üzərində işlər davam edir. Onlarla kilometr aralıda. Amma biz Ukrayna ilə bütün dövlət sərhədinin uzunluğunu əhatə edəcək belə irimiqyaslı tikintiləri qeydə almırıq. Bundan əlavə, biz görürük ki, Belarus tərəfi sərhədimizin bilavasitə yaxınlığında bir sıra irimiqyaslı işlər aparır. Amma biz yaxşı xatırlayırıq ki, Belarus daim vəziyyəti qızışdırmağa çalışır, bu ölkə üçün təhlükə olduğunu qeyd edir. Bu, daha çox onların nəyəsə hazır olduqlarının nümayişidir", - Demçenko bildirib.

Gülayə Mecid