Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda baş tutacaq Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini açıqlayıb.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu  barədə Paşinyan hökumətin iclasında danışıb. 

Onun sözlərinə görə,  Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək:

"Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə səfər edəcək".