Rəsmi Kiyev Rusiya ilə güzəştə getməyə məcbur ola bilər.

"Unikal" xəbər verir ki, bunu "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb. 

Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski əks-hücumun nəticələri ilə bağlı Rusiya ilə güzəştə getməli olacaq, çünki Qərbin Ukraynaya “nə qədər lazımdırsa” yardım prinsipi hazırkı əks-hücumun sonuna qədər davam etməyəcək.  

Həmçinin nəşr yazır ki, ilin sonunadək NATO ölkələri atəşkəs ideyasını “danışıqlara müqəddimə” kimi təbliğ etməyə başlayacaq, ona görə də Zelenski bunu edərsə, ən sərfəli sazişi bağlamaq barədə düşünməlidir. 

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Hərbi Tarixi Cəmiyyətinin (RVİO) sədri Vladimir Medinski Kiyevin münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın 2022-ci ildə daimi neytrallıq və təhlükəsizlik təminatı haqqında müqavilənin bağlanmasına yaxın olduğunu bildirmişdi.

Gülayə Mecid