Rumıniyanın ən böyük xam neft emalı zavodu olan Petromidiyada yanğın baş verib.

"Unikal" xəbər verir ki, RumıniyaEkologiya Nazirliyindən verilən açıqlamada yanğının partlayışdan sonra başladığı bildirilib.

Hökumətin fövqəladə hallar bölməsi yanğının nəzarət altına alındığını və havada heç bir təhlükəli maddənin aşkar edilmədiyini bildirib.