Rusiyada Ryazan vilayətinin Skopinski rayon məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin (GUEBiPK) keçmiş rəhbəri Denis Suqrobovu şərti azadlığa buraxıb.

"Unikal" xəbər verir  ki,  bu barədə rus mətbuatı məlumat yayıb. 

Bildirilir ki, eks-nazirin sərbəst buraxılması məxfilik şəraitində həyata keçirilib.

Məlumata görə, 2014-cü ilin fevralında Daxili İşlər Nazirliyinin sabiq rəhbəri və cinayət işi üzrə təqsirləndirilən digər 9 nəfər saxlanılıb. Müstəntiqlər müəyyən ediblər ki, Suqrobov və onun adamları  2011-ci ildə korrupsiyaya qarşı mübarizə strukturlarından birində cinayətkar birlik yaradılıb.  Saxlanılan şəxslər mütəşəkkil cinayətkar birlik yaratmaqda  və çoxsaylı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarında ittiham olunublar.

2017-ci il aprelin sonunda məhkəmə Suqrobovu 22 il müddətinə azadlıqdan məhrum edib. 2017-ci ilin sonunda cəza 10 il azaldılıb.  2023-cü ildə məhkəmə keçmiş polis məmurunu şərti azadlığa buraxıb.  

Gülayə Mecid